İstirahət günləri gəzməli hava olacaq

İstirahət günləri gəzməli hava olacaq
  14 İyun 2013    Oxunub:1316
İyunun 15-i və 16-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun iyunun 15-də gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. İyunun 16-da gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 36 dərəcəyə çatacaq.

Rayonlarda iyunun 15-də və 16-da hava yağmursuz olacaq. İyunun 15-də mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə, bəzi yerlərdə 39 dərəcə isti olacaq. Dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti qeydə alınacaq.

iyunun 16-da temperatur gecə 18-23, gündüz 34-39 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti