Filippinli dayəyə qarşı zorakılıq

Filippinli dayəyə qarşı zorakılıq
  14 İyun 2013    Oxunub:1518
Bakıda xarici vətəndaşa zor tətbiq etməklə əməyi istismar olunub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 13 iyun tarixində DİN-in İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayının 20-dən iyun ayının 10-dək olan müddət ərzində Bakı şəhər sakini Aynurə Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti