Bu günün havası

Bu günün havası
  15 İyun 2013    Oxunub:1188
Yaxın iki gün ərzində hava isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında
hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Güdüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, bəzi yerlərdə 39 dərəcəyədək, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh
İyunun 14-17 tarixlərində respublikanın əksər rayonlarında hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Bir çox rayonlarda havanın temperaturunun yüksək olması və yağıntısız hava şəraiti kənd təsərrüfatı bitkilərinin boy atmasında və inkişafında sürətləndirmə, məhsul yığımı və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq, bilavasitə belə hava şəraiti torpaqda məhsuldar rütubət ehtiyatlarının azalmasına səbəb olacaq və aran rayonlarda suvarmaların aparılmasına ehtiyac yaradacaq.

AzVision.az




Teqlər:  





Xəbər lenti