“Məmməd Aslan ədəbiyyatın zatı idi” - Aqşin Yenisey

“Məmməd Aslan ədəbiyyatın zatı idi” - Aqşin Yenisey
  23 Sentyabr 2015    Oxunub:7375
“Məmməd Aslan mənə görə türk milli şüurunun yadigarı idi. O, öz görkəmi, danışıq tərzi ilə mənə türk folklorunun canlı nümunələrini, ən çox da Dədə Qorqudu xatırladırdı”
Bu sözləri tanınmış gənc şair Aqşin Yenisey bu gün dünyasını dəyişən həmkarı Məmməd Aslanla bağlı fikirlərini AzVision.az-la bölüşərkən deyib.

“Sözsüz ki, hər bir şair fərqli üslubu ilə ədəbiyyat tarixinə öz adını yazır, amma bu üslubun arxasında bir ədəbi zat dayanmadıqda o müvəqqəti şöhrətdən başqa bir məzmun daşımır. Məmməd Aslan özü Azərbaycan ədəbiyyatının zatı idi. Bu cür palıdlar, adətən, uçrumun elə yerində bitir ki, yalnız yıxılanlar son anda onların varlığını hiss edir. Məmməd Aslanın bitdiyi yer hələ çox şairi uçruma yuvarlanmaqdan qoruyacaq”-deyə Aqşin Yenisey vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti