TQDK imtahan nəticələrini açıqladı

TQDK imtahan nəticələrini açıqladı
  16 İyun 2013    Oxunub:1672
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-cü il iyunun 16-da Rusiya Federasiyası ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün qəbul imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlərin (24 nəfər) hamısı imtahanda iştirak edib.

Nəticələr həmin gün saat 16:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/netrf/
Test imtahanı nəticəsində I ixtisas qrupunda 200 və daha yüksək,bal toplayan abituriyentlər, II, III və IV ixtisas qruplarında 250 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar. Müsahibə 2013-ci il iyunun 17-də saat 11:00-da TQDK-da keçiriləcəkdir.

Qeyd edək ki, test imtahanı nəticəsində 200 və daha yüksək bal toplayan I qrup abituriyentləri və 250 və daha yüksək bal toplayan digər qrupların abituriyentləri müsahibədə iştirak etmək üçün 17 iyun 2013-cü il tarixdə saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunurlar.

AzVision.az


Teqlər:





Xəbər lenti