İlhamə Quliyeva adlı tələbəmiz yoxdur - Moskvadan cavab
Hörmətli xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxladıq. Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün bizə İlhamə xanımın oxuduğu Hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət gördülər. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə Lent.az-a açıqlamasında bildirdi ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur”.