Bakı küçəsində nadir tank – UNİKAL FOTO

Bakı küçəsində nadir tank – UNİKAL FOTO
  05 Oktyabr 2015    Oxunub:27769
Şəkildə Bakı küçəsində məşhur `Mark V` tankının görürsünüz. `Mark V` - Birinci Dünya Müharibəsi dövründə Britaniyada istehsal olunmuş ağır tankdır. İki modifikasiyada buraxılırdı: “erkək” (qarışıq top və pulemyot atəş sistemli), bir də dişi (ancaq pulemyotla təchiz olunurdu). Şəkildəki “dişi” tankdır.

Ağırlığı 30 ton olan tank 150 at gücünə malik 6 silindrli “Rikardo” karbüratorlu mühərriki ilə təchiz olunmuşdu. Karbüratorun barmaqlığı tankın böyründə yerləşirdi (şəkildə də görünür). 1000 dövr/dəqiqə dönüşü olan mühərrik tanka 6.5 km/saat sürət verə bilirdi.

İlk “Mark V”lər 1918-ci ilin mayında buraxılıb. Ümumilikdə 200-ü “erkək”, 200-ü də “dişi” olmaqla 400 tank istehsal edilib. Həmin tanklardan 77-si Fransaya, bir neçəsi Amerikaya bağışlanmışdı.

Tanklardan bir neçəsini almanlar və ruslar da ələ keçirmişdi. Ruslar bu tanka “Rikardo” adı qoymuşdu. Həmin tanklar 1930-cu ilə qədər Qızıl Orduda işlədilirdi. Güman ki, şəkildə gördüyünüz də həmin tanklardan biridir.

Fotonu redaksiyaya təqdim etdiyinə görə tanınmış jurnalist Füzuli Sabiroğluna təşəkkürümüzü bildirirk.

AzVision.az


Teqlər:  





Xəbər lenti