Gündə bir saat gəzinti insan ömrünü uzadır
Mütəxəssislər bu məqsədlə orta və yaşlı nəslin 200 mindən çox könüllü nümayəndəsi üzərində təcrübə aparıblar. İnsanlar vaxtlarının əsas hissəsini iş yerində keçirdiklərinə və onun 70 faizini oturaq halda olduqlarına görə, bu rejim orqanizmin tam yüklənməsini və fiziki fəallığını həddindən çox azaldır. Alimlər təcrübənin iştirakçılarına gün ərzində cəmi bir saat oturaq vəziyyəti gəzinti ilə dəyişməyi təklif ediblər. Nəticə gözlənilməz olub. Belə ki, bir saat gəzənlərdə yalnız ətalət deyil, eyni zamanda xroniki yorğunluq və yuxusuzluq, bununla bərabər gənc yaşda ölüm riski də azalıb. Alimlərin qənaətinə görə, gün ərzində bir saat idmanla məşğul olmaq insanların sağlamlığına çox böyük təsir göztərir.
Teqlər: