Pul ödəmədən gedəcəyik

Pul ödəmədən gedəcəyik
  20 Fevral 2013    Oxunub:2415
Vahid nəqliyyat kartlarına sərnişinlər istədikləri pul məbləğini yükləyərək ödənişləri nağdsız şəkildə aparacaqlar.
Cari ilin may ayından etibarən Bakı şəhərinin ictimai nəqliyyat sektorunda vahid ödəmə sistemi tətbiq ediləcək. Bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) texniki istismar üzrə direktoru İbrahim Əliyev bildirib: “Layihə çərçivəsində artıq bir çox texniki hazırlıq işləri görülüb. Yeni sistemin tətbiqi məqsədilə Koreya, Türkiyə və Avropanın bir neçə ölkəsinin təcrübəsi öyrənilib. Yeni sistemin tətbiqi çərçivəsində dövriyyəyə buraxılacaq vahid ödəmə kartından sərnişinlər avtobus və metroda istifadə edə biləcəklər”.

İ. Əliyevin sözlərinə görə, həmin kartlara sərnişinlər istədikləri pul məbləğini yükləyərək ödənişləri nağdsız şəkildə aparacaqlar. Qeyd edək ki, kartların yüklənməsi üçün dayanacaqlarda xüsusi monitorlu terminallar quraşdırılacaq.


Teqlər:  





Xəbər lenti