İnternet göydən gələcək – VİDEO

İnternet göydən gələcək – VİDEO
  19 İyun 2013    Oxunub:2599
Google şirkəti “Loon” adlı yeni layihə hazırlayıb. Məqsəd ucqar və çətin yerlərdə yaşayan insanları hava şarları vasitəsilə internetlə təchiz etməkdir.
Texniki olaraq söhbət 20 km. yüksəklikdə, stratosferdə hərəkət edən, təxminən 15 metr diametri olan şarlardan gedir. Bu hündürlükdə hava axınları Yerdəki faktorlardan asılı deyil və sabit xarakter daşıyır. Buna görə də həmin yüksəklikdə uçan şarları idarə etmək daha asan olur.

Aparatlrın enerji təchizatı Günəş batareyaları vasitəsilə təchiz olunacaq.

Layihənin çətinliyi ondadır ki, stratosferdə atmosfer təzyiqi yer səthində olanın təxminən 1%-nə bərabərdir, temperatur -50 dərəcədir, ultrabənövşəyi şüalanma yüksək səviyədədir və bütün bunlar cihazların işinə əngəl yaradır. Amma buna baxmayaraq, Google-un mühəndisləri yaxın vaxtlarda sınaqlara başlayacaqlar.

AzVision.az




Teqlər:  





Xəbər lenti