İnzibati bina yandı

İnzibati bina yandı
  20 Fevral 2013    Oxunub:1725
Lənkəranın mərkəzində bir neçə idarəni özündə birləşdirən inzibati binada yanğın olub.
Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzi ərazisində dördmərtəbəli inzibati binada qeydə alınıb. Bu binada təhsil şöbəsinin, şəhər bələdiyyəsinin, Yazıçılar Birliyi zona bölməsinin, Beynəlxalq Bankın rayon filialının və daha bir neçə dövlət idarəsi yerləşir.

Hadisə yerinə gələn 3 yanğınsöndürən maşının və canlı qüvvənin səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. APA bildirir ki, yanğın nəticəsində binanın çardağı 1 kv.m sahədə yanıb. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti