Onlar həm alim, həm də sənətçidirlər... (SİYAHI)

Onlar həm alim, həm də sənətçidirlər... (SİYAHI)
  21 Oktyabr 2015    Oxunub:2796
Bir çox sənət adamları peşəkar sənətkarlıqla yanaşı, eyni zamanda, elmin müxtəlif sahələri ilə də məşğul olurlar.
AzVision.az trend-ə istinadən elmi dərəcəsi olan sənət adamlarının adlarını təqdim edir.

Xalq artisti Mələkxanım Əyyubova “Muğam sənətinin inkişafında dövlət qayğısı” mövzusunuda dissertasiya müdafiə edib, professordur.

Xalq artisti Arif Babayev Azərbaycan Dövlət Konservatoriyasında, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. 1990-cı ildə Azərbaycanda ilk dəfə muğam professoru adını alıb. Paralel olaraq Xəzər Universitetində muğam dərsi deyir.

Xalq artisti Azər Zeynalov Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2012-ci ildə nəşr olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərinin opera-vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir.

Xalq artisti Ramiz Quliyev professordur. Ustad tarzən Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsraildə və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib.

Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 1995-ci ildən bu universitetdə dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir.

Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının professorudur. Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.

Xalq artisti Canəli Əkbərov professordur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır. 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrı-nın solistidir.

Əməkdar artist Gülyanaq Məmmədova isə hazırda Mədəniyyət və İncəsənət Universitetində dərs desə də, elmi dərəcəsi yoxdur. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.

Əməkdar artist Ədalət Şükürov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Ə.Şükürov elmi işini Sankt-Peterburqda müdafiə edib. Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun "Kütləvi tədbirlər rejissoru" fakültəsinİ bitirib.

Əməkdar artist Lalə Məmmədova fəlsəfə doktorudur. Bir il öncə dissertasiya işi müdafiə edən müğənninin atası Nadir Məmmədov da alimdir və hazırda BDU-da işləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti