Azad Rəhimov erməni futbolçudan danışdı
Nazir bildirib ki, ilk dəfə Bakıda güləş üzrə dünya çempionatı keçiriləndə Azərbaycana Ermənistandan böyük nümayəndə heyəti gəlib: "Biz ölkəmizə gələn idmançıların təhlükəsizliyinə tam təminat veririk. Ermənistanda cüdo üzrə beynəlxalq yarış keçirilən zaman Dünya və Avropa Cüdo Federasiyalarının, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bağlı memorandum imzalanıb. Yəni, idman sahəsində ikitərəfli təhlükəsizlik məsələləri həll olunub. Hansısa idmançının, hansısa səbəbdən Bakıya gətirilməməsi bizə aid olan məsələ deyil. Azərbaycan dəfələrlə göstərib ki, təhlükəsizlik məsələlərini tam şəkildə təmin edir və bu məsələlərdə ölkəmiz dünyanın ən sakit ölkələrindən biridir".
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


