Bakı metrosunda hərəkət dayandı

Bakı metrosunda hərəkət dayandı
  20 Fevral 2013    Oxunub:2485
Bakı Metropolitenində yaranan texniki nasazlıq qatarların hərəkətini dayandırıb.
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Məlumata görə, yarım saata yaxındır ki, Həzi Aslanov - İçərişəhər, Həzi Aslanov – Dərnəgül xətti və əks istiqamətlər üzrə qatarların hərəkəti dayanıb.

Yaranan problemlə bağlı metroda sərnişin sıxlığı yaranıb. Stansiyanın növbətçi dispetçeri sərnişinlərə metroda nasazlıq yaranması barədə xəbərdarlıq edib. APA-nın xəbərinə görə, Bakı Metropolitenin məlumat bürosundan bildirib ki, qatarların hərəkətində yaranan problem texniki nasazlıqla bağlıdır və artıq həll edilib.


Teqlər:  





Xəbər lenti