`Ən böyük problem Almaniyadadır` - Fransanın iqtisadiyyat naziri

`Ən böyük problem Almaniyadadır` - Fransanın iqtisadiyyat naziri
  28 Oktyabr 2015    Oxunub:2311
`Avropa Birliyinin maliyyə komissiyasında islahatlar aparılmalı, “Avro komissarlıq” və Avropa İttifaqının “iqtisadi idarəçilik” adlı yeni orqanları yaradılmalıdır`. Bu təkliflə Fransanın iqtisadiyyat naziri Emmanuel Makron çıxış edib.

- Avro pul vahidi əvvəldən siyasi layihə idi, birlik daxilində özünü doğrultmadı. Əslində avronun mahiyyəti o anlama gəlir ki, bunun vasitəsilə kursun dəyişməsi, maliyyə spekulasiyası və maliyyə ehtiyatlarının böyük bir hissəsi sırf bir bankın, yəni “Bundesbank”ın nəzarətində saxlanılsın. Avronun inflilyasiyası da bu bank tərəfindən idarə olunur. Buna baxmayaraq, birlik ölkələri hələ də “Maastrix” müqaviləsinin şərtlərinə güvənirlər. Lakin bu prinsiplər işləmir. Avropadakı maliyyə böhranı bizə göstərdi ki, vahid maliyyə məsələsinə mütləq təkrar baxılmalı, bu yöndə islahat aparılmalıdır, – deyə Fransanın iqtisadiyyat naziri Emmanuel Makron vurğulayıb.

Belə bir vaxta bütün ittifaq ölkələrinin köklü formada yenidən tənzimlənən maliyyə siyasətinə keçməsinin tədricən mümkün ola biləcəyini deyən fransız nazir əlavə edib ki, Almaniya “Deutsche Mark” pul vahidini yenidən dövriyyəyə buraxa bilər.

- Avropa İttifaqına aid yeni nizamlanma sənədi qəbul edilməlidir. Bundan sonra daha belə davam edə bilməz. Tamamilə zərərli, səhv qərarlar aradan qaldırılmalıdır. Bu geri dönüş birlik ölkələri üçün xeyirli olacaq. Kim bunu istəyirsə, tabunu qırmağı bacarmalıdır. Hər şeydən öncə, bütün addımlar Almaniyadan başlamalıdır, çünki əsl problem bu ölkədədir,- deyə Fransanın iqtisadiyyat naziri fikrini yekulaşdırıb.

Fərrux Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti