Rihanna məşhur rejissorun filmində

“Rihanna “Valerian”da və onun böyük rolu var!” – deyə Besson öz “İnstagram” səhifəsində yazıb.
Filmin çəkilişləri bu il başlayacaq, filmin premyerasının isə 21 iyul 2017-ci ildə baş tutacağı gözlənilir. Film 1967 və 2010-cu illərdə dərc olunan “Valérian et Laureline” fantastik komiksləri əsasında çəkilib. Komiksdə hadisələri 28-ci əsrdə cərəyan edəcək. Valerian (DeHaan) və onun sevgilisi Lorelin (Delevin) kainatı nizama salmaq üçün zaman və məkanda səyahət edə bilən xüsusi agentlərdir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: