`Qismət` qrupu ötən əsrin hitlərini oxuyacaq – FOTO

  30 Oktyabr 2015    Oxunub : 2208
`Qismət` qrupu ötən əsrin hitlərini oxuyacaq – FOTO
"Qismət" qrupu yeni mövsümə "Ötən əsrin hitləri” adlı yeni layihə ilə başlayır.

Qrupun solisti Tural Məmmədov AzVision.az-a bildirib ki, onlar layihə çərçivəsində 1990-cı illərin məşhur mahnılarını yeni aranjmanda dinləyicilərinə təqdim edəcəklər.

Layihə çərçivəsində qrup təxminən 10-a yaxın tanınmış müğənni ilə iş birliyində olacaq. Onların arasında Niyaməddin Musayev, Nisə Qasımova və başqaları var.

Gələn ilin ilk aylarında “Ötən əsrin hitləri”nin disk şəklində təqdim olunacağı gözlənilir.





Teqlər: