Qrupun solisti Tural Məmmədov AzVision.az-a bildirib ki, onlar layihə çərçivəsində 1990-cı illərin məşhur mahnılarını yeni aranjmanda dinləyicilərinə təqdim edəcəklər.
Layihə çərçivəsində qrup təxminən 10-a yaxın tanınmış müğənni ilə iş birliyində olacaq. Onların arasında Niyaməddin Musayev, Nisə Qasımova və başqaları var.
Gələn ilin ilk aylarında “Ötən əsrin hitləri”nin disk şəklində təqdim olunacağı gözlənilir.

