Hadi Rəcəbli: “Avropa Parlamenti İlqar Məmmədovu yuxarı başa çıxardıb”

 Hadi Rəcəbli: “Avropa Parlamenti İlqar Məmmədovu yuxarı başa çıxardıb”
  21 İyun 2013    Oxunub:1221
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsi ilə bağlı Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli danışıb.
O, bildirib ki, dünən ümumdünya qaçın və məcburi köçkünlər günü idi. “Dünya əhalisinin 135 insanından biri, Azərbaycanın isə 8-9 nəfərindən biri qaçqındır. Məni hiddətləndirən bu sənədin qeyri-ciddi və qərəzli olmasıdır. Mən bunu qeyri-ciddi sənəd hesab edirəm. Təsəvvür edin ki, bu qədər qaçqını olan bir dövlətlə barədə bu qurum bir sənəd qəbul etməyib. Amma Azərbaycanla bağlı BMT, Avropa Şurası sənədlər qəbul edib, lakin bu sənədlər hələ də kağəz üzərində qalıb. Bu məsələyə biraz başqa cür yanaşmalıyq. Əgər Avropa Şurası bizimlə bağlı sənədləri qəbul edib və bunlar ciddi qəbul olunmayıbsa, biz niyə bu sənədi ciddi qəbul etməliyik?

Qətnamədə bildirilir ki, guya bizdə söz azadlığı yoxdur? Qəzetlərimiz, xəbər saytlarımız göz qabağındadır. Onlar bizə göstəriş verirlər ki, jurnalistlər, siyasətçilər, bloqçular azad olunmalıdır. Biz hüquqi dövlət yaratmışıq”.

İlqar Məmmədovla bağlı isə Hadi Rəcəbli bunları deyib: “Oqtay müəllim o vaxt İlqar Məmmədov parlamentlə bağlı təhqir ifadələr işlətmişdi. Bİz o vaxt ərizə yığırdıq ki, onu tutduraq. Amma siz qoymadınız”.

Hadi Rəcəblinin bu sözünə Oqtay Əsədov qeyd edib ki, tutdurmaq yox, məhkəməyə vermək istəmişdik.

Hadi Rəcəbli daha sonra sözünə davam edərək bildirib ki, heç bir yerdə tanınmayan İlqar Məmmədovu indi Avropa Parlamenti yuxarı başa qaldırıb.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti