Əli Əhmədov qətnaməni sərt tənqid etdi

Əli Əhmədov qətnaməni sərt tənqid etdi
  21 İyun 2013    Oxunub:1388
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlı Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov öz fikirlərini bildirib.
AzVision.az xəbər verir ki, o, Fazil Mustafanın tutulanların buraxılması fikri ilə razı olmadığını bildirib.

“Yəqin hansısa cinayətə yol veriblər ki, onlar həbs edilib. Avropa Parlamentinin qətnaməsində qeyd edilən İlqar Məmmədovun da hərəkətində cinayət tərkibi var ki, saxlanılıb və istintaq gedir. Konkret qətnaməyə gəldikdə deyim ki, bu qətnamə hüquqi baxımdan qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığı üçün bu qurumun qətnaməsi doğru deyil. İkincisi, bu sənədin Avropa Parlamentinin qətnaməsi kimi təqdim etmək doğru deyil, çünki onu 32 nəfər dəstəkləyib. Siyasi baxımdan da bu qətnamə qərəzlidir, Azərbaycanın reallıqlarını təhrif etməyə yönəlib. Diplomatik ton baxımından da bu sənədi yanlış hesab edirəm. Müstəqil bir dövlətə qarşı belə sənədin qəbul edilməsi qəbuledilməzdir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti