Növbədənkənar iclasda qalmaqal yaşandı

Növbədənkənar iclasda qalmaqal yaşandı
  21 İyun 2013    Oxunub:1215
İqbal Ağazadə zalı tərk edib.
AzVision.az xəbər verir ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamənin müzakirəsi ilə bağlı Milli Məclisdə deputat İqbal Ağazadə də çıxış etmək istəyib. Spiker Oqtay Əsədov bildirib ki, o İqbal Ağazadənin sözünü heç vaxt kəsməyib, ancaq bu gün artıq 1 saat yarımdır ki, bu haqda müzakirə gedir və kifayətdir. Deputat spikerə etiraz edib, Oktay Əsədov öz növbəsində bildirib ki, get məndən şikayət et.

Bundan sonra millət vəkili şikayət edəcəyini deyərək zalı tərk edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti