“Elza Seyidcahan mənə şər atır...” - Millət vəkili

“Elza Seyidcahan mənə şər atır...” - Millət vəkili
  04 Noyabr 2015    Oxunub:4054
54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən millət vəkili seçilən Tahir Süleymanov onunla eyni dairədə mübarizə aparan müğənni-bəstəkar Elza Seyidcahanın mətbuatda səsləndirdiyi ittihamlara cavab verib.
AzVision.az-a açıqlama verən T.Süleymanov namizədliyini geri götürməsi üçün Elza Seyidcahana 500 min manat təklif etməsi ilə bağlı müğəninin iddiasının yalan olduğunu bildirib.

“Onun haqqımda dediyi fikirlər tamamilə yalan və böhtandır. Çox təəssüf ki, onun bu hərəkətlərinə heç bir ad verə bilmirəm. Çünki deyilənlər şərdir. Bu adam başdan ayağa şər, böhtandır”.

Millət vəkili onu da bildirib ki, Elza Seyidcahan istər Yeni Azərbaycan Partiyasına, istər iqtidara, istərsə də dövlətçiliyimzə ləkədir.

“Odur ki, bu barədə danışmağa dəyməz. Çünki görünən kəndə bələdçi lazım deyil”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti