Sabunçuda `kütləvi çıxarış` kampaniyası keçirilib
Qeyd edək ki, ötən ildən başlayaraq kampaniya ilk mərhələdə regionlarda keçirilirdi. İndiyədək respublikanın 20-dən çox şəhər və rayonunda birbaşa ünvanlarda keçirilən kampaniyaya paytaxt sakinləri də cəlb olunmağa başlayıb. Komitənin mobil ofisləri vasitəsilə (xüsusi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri) həyata keçirilən kampaniya çərçivəsində paytaxtdakı çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də, sakinlərdə olan mülkiyyətə dair ilkin sənədlərin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.
Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


