YAP Elza Seyidcahanla bağlı araşdırma aparır – ÖZƏL

YAP Elza Seyidcahanla bağlı araşdırma aparır – ÖZƏL
  04 Noyabr 2015    Oxunub:19848
Hakim Yeni Azərbaycan Partiyası 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd, müğənni-bəstəkar Elza Seyidcahanın qaldırdığı iddialarla bağlı araşdırmalara başlayıb.
Bu barədə AzVision.az-a açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.

T. Tağıyev vurğulayıb ki, E. Seyidcahanın iddiaları YAP-ın siyasi kursuna zidd mövqedir: “Biz bununla bağlı artıq araşdırmalara başlamışıq. Yəqin ki, yaxın vaxtlarda onunla bağlı qərar veriləcək”.

Qeyd edək ki, E. Seyidcahan YAP-a Nərimanov rayon təşkilatında üzv kimi qəbul edilib.

Xatırladaq ki, YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzVision.az-a açıqlamasında deyib ki, Elza Seyidcahanın partiyada qalıb-qalmamaq məsləsinə üzv qəbul edildiyi rayon təşkilatı aydınlıq gətirəcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti