Nazir iki rayonun polis rəisini dəyişdi

Nazir iki rayonun polis rəisini dəyişdi
  04 Noyabr 2015    Oxunub:4525
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Salyan Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov tutduğu vəzifədən azad edilərək Bakının Suraxanı Rayon Polis İdarəsinin, Suraxanı Rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimov isə Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti