Prezident Hersoqu təbrik edib

Prezident Hersoqu təbrik edib
  22 İyun 2013    Oxunub:1253
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun milli bayramı münasibətilə Böyük Hersoq Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Lüksemburqun milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Lüksemburq dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır".

Təbrik məktubunda daha sonra bildirilir ki, "bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Lüksemburq xalqına daim sülh və rifah arzulayıram".

AzVision.az


Teqlər:  





Xəbər lenti