Ramil Usubov tapşırıqlarını verdi

Ramil Usubov tapşırıqlarını verdi
  22 İyun 2013    Oxunub:1505
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Şirvan şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətlərin operativ şəkildə həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər nazirinin qəbul etdiyi 30 nəfər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapıb.

Polis fəaliyyətinə aid olmayan digər ərizələrin aidiyyatı üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti