42 cinayət hadisəsi baş verib

42 cinayət hadisəsi baş verib
  22 İyun 2013    Oxunub:1304
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, həmin cinayətlərdən 20-si “isti izlər”lə açılıb.

Bundan başqa, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti