Gülər Əhmədova haqqında hansı məlumatlar yalandır?

Gülər Əhmədova haqqında hansı məlumatlar yalandır?
  20 Fevral 2013    Oxunub:3020
Sabiq deputatın vəkili onun haqqında həbs-qətimkan tədbirinin seçilməsinin əsassız olduğunu bildirib.
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi müdafiə etdiyi şəxs barəsində son günlər mətbuatda yayılan məlumatlara münasibət bildirib. E. Qədimi APA-ya açıqlamasında deyib ki, G. Əhmədova saxlanılan andan bu günə kimi özünü təqsirli bilmir: “İstintaq tərəfindən bir neçə dəfə Gülər Əhmədovaya özünü təqsirli bilib-bilməməsi barədə sual verilib. O da bildirib ki, özünü təqsirli saymır”.

E. Qədimi G. Əhmədovanın barəsində həbs-qətimkan tədbirinin seçilməsinin əsassız olduğunu da bildirib: “Bundan əvvəl onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Onun heç bir şərtini Gülər xanım pozmamışdı. Lakin sonradan onun barəsində həbs-qətimkan tədbiri seçildi. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladı. Lakin buna əsas yox idi. İstintaq tərəfi Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 307-ci (cinayət barədə xəbər verməmə) maddəsi ilə ittiham irəli sürüb. Guya Gülər Əhmədova Sevinc Babayevanı gizlədib, istintaqa xəbər verməli idi ki, Sevinc Babayeva haradadır. Lakin bütün bunlar nağıldır. Cinayət işi təzələnənə kimi Sevinc Babayeva artıq Türkiyədə idi. Lakin istintaq bunu əsas tutaraq ona 307-ci maddə üzrə ittiham verib və həbs-qətimkan tədbiri seçib” .

Vəkil G. Əhmədovanın əmlakına həbs qoyulması barədə mətbuatda yer alan fikirlərə də münasibət bildirib: “İstintaq orqanı tərəfindən Gülər xanımın evində axtarış aparılıb, lakin hər hansı bir maddi sübut aşkarlanmayıb. Lakin onun əmlakına həbs qoyulması barədə yazılan məlumatlar yalandır. Elə bir şey yoxdur. Onu da qeyd edim ki, Gülər Əhmədovanın əmlaklarının olması barədə bəzi mətbuatda yazılan siyahı da yalandır. Gülər Əhmədovanın bir mənzili, bir bağı var. Evi ona sabiq prezident Heydər Əliyev verib. Deputat olmamışdan əvvəl isə bağı alıb. Deputatlıq dövründə o heç bir əmlak almayıb”.





Teqlər:





Xəbər lenti