Avtovağzal bir aydır sürüşür... - FOTOLAR

Avtovağzal bir aydır sürüşür... -  FOTOLAR
  14 Noyabr 2015    Oxunub:6971
Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürüşmə təhlükəsi sovuşmayıb.
Yağışın yağmasından sonra Avtovağzalda yaranan çatlar bir qədər də böyüyüb. Çatlar daha çox istinad divarlarında, o cümlədən 2-ci mərtəbədə yerləşən dayanacaqda müşahidə olunur.

Hazırda çatların doldurulması və bərkitmə işləri aparılır.

Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb.

Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti