İki nəfərin adı "qara siyahı"dan çıxarıldı

İki nəfərin adı "qara siyahı"dan çıxarıldı
  14 Noyabr 2015    Oxunub:2404
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin noyabrın 12-də qəbul edilmiş qərarlarına uyğun olaraq noyabrın 13-də ümumi siyahını yeniləyib.
Xidmətdən verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, iki nəfərin adı siyahıdan çıxarılıb. Həmin şəxslərin Mohammed Amine Akli və Chiheb ben Mohamed ben Mokhtar Al-Ayaridir.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (https://azvision.az/redirect.php?url=http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.


Teqlər:





Xəbər lenti