Elza Seyidcahan şikayətindən imtina etdi

Elza Seyidcahan şikayətindən imtina etdi
  14 Noyabr 2015    Oxunub:2281
Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahan seçkilərlə bağlı şikayətindən imtina edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, E.Seyidcahan bu gün yazılı ərzilə ilə MSK-ya müraciət edərək şikayətini geri götürdüyünü bildirib. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.


Teqlər:





Xəbər lenti