MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı

MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı
  15 Noyabr 2015    Oxunub:6957
Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib.
Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rafiq Hümbətov da MTN-in “boz kardinalı”, hazırda istintaqdan sonra təcridxanada saxlanılan Akif Çovdarovun “gözəgörünməz cəbhəsinin döyüşçülərindən” biri, üstəlik onun yaxın qohumu olub.

R.Hümbətov general Akif Çovdarovun bacısının kürəkənidir.


Teqlər:



Xəbər lenti