Naxçıvanlı deputatlar toplanır - İlk iclas çağırıldı

Naxçıvanlı deputatlar toplanır - İlk iclas çağırıldı
  15 Noyabr 2015    Oxunub:2065
Naxçıvan Muxtar Respublikası Ali Məclisi V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının çağırılması haqqında qərar verib.
V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 17 noyabr saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinlərinin və Ali Məclisin komitə sədrlərinin, komitə sədrlərinin müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.

Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib. (APA)


Teqlər:  



Xəbər lenti