“2”alanların sayı açıqlandı

  “2”alanların sayı açıqlandı
  24 İyun 2013    Oxunub:1258
İmtahanda iştirak etmiş 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıblar
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanın nəticələri həmin gün – iyunun 23 – də qurumun rəsmi internet saytında https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/netazd/ yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı Azercell, Bakcell və Nar Mobile nömrələrindən iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmiş 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıblar.

Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

AzVision.az




Teqlər:





Xəbər lenti