Nazirlik gəmiricilərə qarşı mübarizə aparır
Dövlət Xidməti rəisi qeyd edib ki, siçanabənzər gəmiricilərin yayılması daha çox Ağdam, Qəbələ, Şəki, Ağcabədi, Tər-Tər, İsmayıllı, Qusar, Quba, Balakən, Zaqatala və Şamaxı rayonlarında qeydə alınıb və kimyəvi mübarizə tədbirləri görülüb.
Onun sözlərinə görə, cari ildə yem ehtiyatlarının artması və iqlim şəraitinin əlverişli olması səbəbindən siçanabənzər gəmiricilərin populyasiyasında ötən ilə nisbətən artım müşahidə olunur: "Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası müşahidə olunur".
Camal Quliyev zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırıb: "Əkin sahələri vaxtında şumlandıqda, becərildikdə, suvarıldıqda, məhsul vaxtında və itkisiz yığıldıqda, yuvalarda olan gəmiricilər məhv olur. Dövlət Fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilərin xüsusi rola malik olduğunu, 2015-ci ildə onların çoxalması üçün əlverişli şəraitin yarandığını nəzərə alan Dövlət Xidməti gəmiricilərin artım dinamikasına nəzarət edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirir və fitosanitar sabitliyi qoruyub saxlayır".







Vaxtında, Aydın, Lazımlı!


