Nazirin işdən çıxarılması xəbərinə Reaksiya

Nazirin işdən çıxarılması xəbərinə Reaksiya
  16 Noyabr 2015    Oxunub:5077
Azərbaycanda daha bir nazirin işdən çıxarılma xəbəri yayılıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, mətbuatda vergilər naziri Fazil Məmmədov işdən azad edilməsi ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, prezident İlham Əliyev bu barədə sərəncamı G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb. Yayaılan məlumatlarda qeyd edilir ki, F.Məmmədovun yerinə təyinatda olub. Bu vəzifə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə tapşırılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov xəbərlə bağlı verdiyi açıqlamada yayılan xəbərləri təkzib edib: "Yayılan xəbərlər şayiədir. Hal-hazırda nazir kabinetində, iş başındadır. Onun işdən azad olunması ilə bağlı məlumatlar düzgün deyil".


Teqlər:  



Xəbər lenti