`Əli Kərimli artıq AXCP sədri deyil`

`Əli Kərimli artıq AXCP sədri deyil`
  16 Noyabr 2015    Oxunub:2339
“Ədliyyə Nazirliyi Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayının nəticələri ilə bağlı təqdim etdiyi sənədləri geri qaytarmayıb”.
Bu barədə AzVision.az-a açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

O qeyd edib ki, təqdim olunan sənədlər nazirlikdə baxılma ərəfəsindədir: “Əsl AXCP-ni biz təmsil edirik. Əli Kərimli artıq Azərbaycan siyasətində unudulmuş birisidir. Özü deyib özü eşidir”.

R. Nurullayev bildirib ki, Ədliyyə Nazirliyi onun qurultay sənədlərini geri qaytardığından Əli Kərimli artıq qanunla AXCP sədri deyil.




Teqlər:



Xəbər lenti