Azərbaycanda internet niyə çökdü?

Azərbaycanda internet niyə çökdü?
  16 Noyabr 2015    Oxunub:6228
Azərbaycanda internetə çıxışda ciddi problem var. 1 saatdan çoxdur şəbəkəyə qoşulmaq mümkün deyil.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) verilən məlumata görə, Azərbaycanda internet şəbəkəsinin çökməsi əsas internet provayderi olan "Delta Telecom" şirkətinin şəbəkəsində baş verən texniki problemlə əlaqədardır.

Nazirlikdən bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda internetin kəsilməsi “Delta Telecom” telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğınla bağlıdır.

İddia edilir ki, server otağında baş verən yanğına görə internetin ötürülməsində problem yaranıb.

Problemin bir neçə saat ərzində həll ediləcəyi gözlənilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti