“Qarabağ faciəsi” Niderland TV-sində

“Qarabağ faciəsi” Niderland TV-sində
  17 Noyabr 2015    Oxunub:1250
Niderland Krallığının “Ned2” dövlət televiziyasında “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, film mərkəzi ofisi Brüsseldə yerləşən “A.R.D.A. Production” şirkəti tərəfindən hazırlanıb. Şirkətin rəhbəri Fikrət Aydemir qeyd edib ki, filmdə Avropanın son illərin ən böyük köç dalğası qarşısında çarəsiz vəziyyətdə qaldığı, qaçqınların parklarda gecələdikləri vaxtda Dağlıq Qarabağ problemi və Azərbaycanın yaşadığı qaçqın problemi bir daha xatırlanır.

“Qarabağ faciəsi”nin yaradıcı heyəti 30 dəqiqəlik sənədli filmdə Dağlıq Qarabağda baş verənləri mümkün qədər tam açıqlığı ilə göstərməyə çalışıb. Filmdə 25 ildən çox keçməsinə baxmayaraq, münaqişənin hələ də həllini tapmaması təəssüf hissi ilə vurğulanır. Müharibə zamanı doğma torpaqlarını tərk etməyə məcbur olan Dağlıq Qarabağın azərbaycanlı əhalisinin qətliamlara məruz qaldıqları, Dağlıq Qarabağın və ətraf rayonların XX əsrin ən qanlı soyqırımına şahid olduğu Niderland tamaşaçısının diqqətinə çatdırılır.

Son iki ildə Niderland dövlət televiziyası üçün müntəzəm olaraq sənədli filmlər hazırlayan “A.R.D.A. Production”ın Dağlıq Qarabağdan bəhs edən bu filminin ərsəyə gəlməsində Diasporla İş üzrə Dövlət Komitəsi də fəal dəstək göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti