Rus bölmələrinə qəbul artıb

Rus bölmələrinə qəbul artıb
  24 İyun 2013    Oxunub:1294
2013-2014-cü tədris ilinə proqnoz üzrə 10155 şagirdin qəbulu gözlənilir.
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin rus bölmələrinə 2013-2014-cü tədris ilinə proqnoz üzrə 10155 şagirdin qəbulu gözlənilir.

Ali təhsil müəssisələrinin rus bölmələri üzrə 2013-2014-cü tədris ilinə təsdiq olunmuş qəbul planında 5611 yer nəzərdə tutulub.

Bu gün Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərində rus bölməsi üzrə qəbulda əvvəlki illərə nisbətən artım müşahidə edilir. Ötən tədris ilində Təhsil Nazirliyi sistemində olan 329 dövlət ümumtəhsil məktəbində rus bölmələri üzrə qruplar fəaliyyət göstərib.


Teqlər:  





Xəbər lenti