Həmin `Prado` mənim deyil - Deputatdan açıqlama

Həmin `Prado` mənim deyil - Deputatdan açıqlama
  17 Noyabr 2015    Oxunub:5316
Millət vəkili Rafael Hüseynov Bakıda yol polisi tərəfindən cərimələnməsi ilə bağlı mətbuatda yazılan xəbərlərə aydınlıq gətirib.
Bu barədə AzVision.az-a açıqlama verən deputat bildirib ki, cərimələnən sürücü onun yaxın tanışıdır.

`Mətbuatda yayılan xəbər tamamilə yalnışdır. Həmin maşın mənim deyil, yaxın tanışımındır. O, Hacıqabuldan gələrkən yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən saxlanılıb. Mən onunla əlaqə saxlayanda yol polisi tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra mən onların yanına gəldim. Bir daha bildirmək istəyirəm ki, yol polisi məni cərimələməyib. Həm də mənim nə xidməti, nə də şəxsi `Prado` markalı maşınım var`-deyə deputat bildirib.

Qeyd edək ki, mətbuatda yer alan məlumata görə, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rəfael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib. Hadisənin iki gün əvvəl şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində baş verdiyi yazılıb.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti