Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb
  24 İyun 2013    Oxunub:1200
Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2013-cü ildə Azərbaycan Milli Kitabxanasının yaradılmasının 90 ili tamam olur.

Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir.

Sərəncamda qeyd olunur ki, ölkədə elmi-mədəni və ədəbi irsin qorunub saxlanılmasında mühüm xidmətləri olan Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti