Çingiz Əsədullayevin dairəsinin nəticələri ləğv olundu
O, qeyd edib ki, şikayətə əsasən bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər: `Biz protokollara baxış keçirmişik, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib. 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulur. 7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var`.
Sonda MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.







Vaxtında, Aydın, Lazımlı!


