YAP-dan Çingiz Əsədullayevlə bağlı Açıqlama

YAP-dan Çingiz Əsədullayevlə bağlı Açıqlama
  17 Noyabr 2015    Oxunub:4007
Hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərarına münasibət bildirib.
Partiyanın Siyasi Şurasının üzvü və mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzVision.az-a bildirib ki, Seçki Məcəlləsinin tələbləri pozulduğundan MSK sözügedən dairənin nəticələrini ləğv edib.

YAP rəsmisi qeyd edib ki, bundan sonrakı proseslərlə bağlı MSK qərar verəcək.

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev adı çəkilən dairədə seçkinin nəticələrinin ləğv edilməsini xahiş edib. MSK səsvermə günü həmin dairədə ciddi pozuntulara yol verildiyini əsas gətirərək nəticələri ləğv edib.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti