İlham Əliyev həmkarlarını təbrik etdi

İlham Əliyev həmkarlarını təbrik etdi
  17 Noyabr 2015    Oxunub:1765
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:

"Əlahəzrət,
Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bundan başqa prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə də təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

`Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim sülh və rifah diləyirəm.`




Teqlər:





Xəbər lenti