Prezident daha bir sərəncam imzalayıb

Prezident daha bir sərəncam imzalayıb
  25 İyun 2013    Oxunub:1401
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, bu sərəncamla təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılıb ki, bu sərəncamla təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Teqlər:





Xəbər lenti