Məmmədov YAP-dakı vəzifəsindən qovuldu

Məmmədov YAP-dakı vəzifəsindən qovuldu
  18 Noyabr 2015    Oxunub:2841
"Aztelekom"un həbs edilən baş direktoru Məhəmməd Məmmədov YAP-dakı vəzifəsindən çıxarılıb.
Partiyadan AzVision.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətlimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti