İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  24 İyun 2013    Oxunub:1263
Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti İvo Yosipoviçə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim sülh və tərəqqi diləyirəm”.


Teqlər:





Xəbər lenti