Razi Nurullayev Ədliyyə Nazirliyini məhkəməyə verdi

Razi Nurullayev Ədliyyə Nazirliyini məhkəməyə verdi
  18 Noyabr 2015    Oxunub:2085
Ədliyyə Nazirliyi Əli Kərimli və Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-lərin qurultaylarının nəticələri barədə qərar verib.
Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb.

Ədliyyə Nazirliyindən Ə.Kəriminin rəhbərlik etdiyi AXCP-yə göndərilən məktubda bildirilib ki, R.Nurullayev də Ədliyyə Nazirliyinə "AXCP Etimad qurultayı" adı ilə sənəd təqdim edib və nazirlik eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq təqdim edilən sənədləri geri qaytarıb.

Femida.az-a verilən məlumata görə, bu qərardan narazı qalan Razi Nurullayev Ədliyyə Nazirliyini məhkəməyə verib.


Teqlər:



Xəbər lenti